İbrahim Əliyev beynəlxalq turnirdə bürünc medal qazanıb 

21
Apr
2024
15:07

Azərbaycanlı para-badmintonçu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.

Bu barədə Azreform.info a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. Növbəti - 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.

Təmsilçilərimiz yarımfinal qarşılaşmasında Hindistan idmançılarına məğlub olaraq bürünc medala sahib çıxıb.