Gəncədə mağazanın aqlay örtüyü uçdu: Xəsarət alan var

8
Dek
2023
13:56

Gəncə şəhərində mağazanın aqlay örtüyü uçub.

Oxu.Az-ın məlumatına görə, şəhərdə yerləşən mağazalardan birinin fasadının aqlay örtüyünün uçması nəticəsində şəhər sakini Ə.Əşrəfovun sağ bazunun çıxığı, sol körpücük sümüyünün sınması və döş qəfəsinin travması xəsarəti alıb. 

Faktla bağlı araşdırma aparılır.