Azərbaycan Premyer Liqasının hesabat turunda “Turan Tovuz” – “Sumqayıt” matçına ev sahibliyi edən Tovuz şəhər stadionunda növbəti dəfə təhlükəli anlar yaşanıb.
“Azreform.info ” xəbər verir ki, sözügedən arena bu dəfə də işıq dirəyinin yellənməsi ilə gündəmə gəlib.
Qeyd edək ki, daha öncə Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşmışdı. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdı.(qafqazinfo)