Litvanın hazırkı prezidenti ikinci müddətə seçilmək niyyətindədir

8
Dek
2023
08:23

Litva Prezidenti Gitanas Nauseda qarşıdan gələn 2024-cü il seçkilərində yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb.

Azreform.info ” xəbər verir ki, bu barədə yerli KİV yazıb.

“Mən qərarlıyam və başladığım işi davam etdirməyə hazıram. 2024-cü ilin mayında Litva Respublikasında keçiriləcək prezident seçkilərində iştirak edəcəyəm və ümid edirəm ki, Litva xalqı mənə 2019-cu ilədki kimi güclü etimad mandatı verəcək”, - o, mətbuat konfransında deyib.

G.Nauseda 2019-cu ildə ikinci turda hazırkı Baş nazir İnqrida Simoniteni məğlub edərək prezident seçilib.

Litvada növbəti prezident seçkiləri gələn ilin may ayında keçiriləcək.