Futbolçu oyun zamanı infarkt keçirdi, öldü

17
Apr
2024
19:28

İtaliyanın beşinci divizion komandasının yarımmüdafiəçisi Kastelfiorentino Mattia Canni dünyasını dəyişib. 

Yenisabah.az xəbər verir ki, o, bazar günü matç zamanı infarkt keçirib. 26 yaşlı futbolçu yerə yıxılıb. Həkimlər futbolçuya müdaxilə etmək üçün meydana qaçıblar. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin oyunçunun həyatını xilas etmək mümkün olmayıb. 

İtaliya Futbol Federasiyası (FIGC) Canninin vəfatı ilə bağlı başsağlığı verib. Həmçinin federasiyanın himayəsi altında keçiriləcək bütün turnirlərin qarşıdakı matçlarının bir dəqiqəlik sükutla başlayacağı açıqlanıb.