Ağrıkəsicilər mədəni deşir?

16
Apr
2024
02:49

“Çox ağrıkəsici dərman içmə, mədəni deşər” fikrini yəqin ki, eşitmisiz.

“Medicina” xəbər verir ki, qastroenteroloq Yuriy Uspenskiy dərmanların kimlərin mədəsinə təsir etdiyini açıqlayıb.

“Çox zaman ağrıkəsici dərmanlar insanlar tərəfindən həkim təyinatsız və yüksək dozada qəbul edilir. Nəzarətsiz qəbul dramatik nəticələrə gətirib çıxarır. Bu preparatlar ciddi əks təsirə malikdir. Xüsusən həzm sistemi orqanlarının vəziyyəti ciddi zədələnir.

Ağrıkəsicilər yüksək aşılama və yandırıcı xassəyə malikdir, mədənin selikli qişasını zədələyir.

Risk qrupunda uşaqlar, yaşlılardır. Onların selikli qişaları zərif olur. Ən çox ahıl yaşda müxtəlif ağrılar çoxaldığı üçün analgetiklər çox qəbul edilir. Yaşlı adamın mədəsi sanki şəffaf şüşə kimi incəlir, buna yaşlanma atrofiyası deyilir. İltihab əleyhinə dərmanların qəbulu sanki bu şüşə orqana çəkiclə zərbə vurmağa bərabərdir.

Nəticədə dərin eroziyalar, xoralar əmələ gəlir. Hətta nazik və yoğun bağırsaq zədələnə, zülal itirilməsi baş verə bilər. üstəlik qaraciyərin dərman yüklənməsi baş verir, bu da sirroz deməkdir.

Pasiyentlər həkimlə analgetiklərin dozasını məsləhətləşməli, bir neçə həkim bir—birindən xəbərsiz ağrıkəsici yazırsa, bunu xəbər verməlidir.

Mədə qoruyucu dərmanların da qəbulu mütləqdir. Yaşlılar aspirin də içdiyi üçün əlavə olaraq o da mədəni zədələyir. Yaşlıların mədəsini dərmanlardan qorumaq lazımdır”.