Arda Gülər “Real”dan ayrılmaq qərarını açıqladı

14
Apr
2024
19:35

“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib.

O, bu qərara dünən axşam La Liqada səfərdə “Malyorka”ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesabı ilə qalib gəldiyi oyunda əvəzedici heyətdə qalıb.

Baş məşqçi Karlo Ançelottinin də Gülərin fikrinə müsbət yanaşdığı bildirilib.