Daban çatlarının səbəbi və ev şəraitində müalicəsi

13
Apr
2024
07:21

Ayaqlarda davam edən quruluq və onu müşayiət edən çatlama problemi müalicə olunmadığı müddətcə davam edə bilər. Bir çox insan bu problemi aradan qaldırmaq üçün müxtəlif krem və losyonlardan istifadə edir.

Azreform.info "milliyet" qəzetinə istinadla xəbər verir ki, dr. Erik Berq bu problemin B3 vitamin çatışmazlığından qaynaqlana biləcəyini deyir.
B3 vitamini çatışmazlığı səbəbindən inkişaf edən pozğunluqlar həzm və dəri problemlərinə səbəb olur.

Bədəndə "niasin" adlı vitaminin çatışmazlığı dəri xəstəliklərinin əsas səbəblərindən biri ola bilər. İşığa, qoxuya qarşı həssaslıq və xüsusilə dabanlarda çatlar B3 vitamini çatışmazlığının simptomları ola bilər.

Dr. Erik Berq deyir ki, ayaq nahiyəsində çatların yaranmasının qarşısını almaq üçün tərkibində B3 vitamini olan qidalar istehlak edilməlidir. Nəticədə həzm sistemi qaydasına düşəcək və ayaqlardakı çatlar təmizlənməyə başlayacaq.

Onun sözlərinə görə, bu vəziyyət həzm sisteminə də təsir göstərir. Dabanların çatlamasının qarşısını almaq üçün hinduşka, toyuq, göbələk, balıq, otla qidalanan mal əti, toxum və avokado yemək tövsiyə edilir.

Dr. Erik Berq deyir ki, B vitamini çatışmazlığının səbəbi həzm sistemidirsə, qlutamin qəbul etmək lazımdır.

B3 vitamini çatışmazlığına səbəb olan ən çox görülən simptom çox sayda antibiotik istifadəsidir. Həddindən artıq qarğıdalı istehlakı da B3 vitaminini azaldaraq dəri problemlərinə səbəb ola bilər.

Bəzi elmi araşdırmalara görə, yoxsulluğun yüksək olduğu ölkələrdə qarğıdalı əsas qida mənbəyi kimi istifadə olunur. Bu insanlar üzərində aparılan müxtəlif eksperimentlər nəticəsində məlum olur ki, insanlarda B3 vitamini kifayət qədər əskikdir. Belə ölkələrdə "pellagra" kimi təhlükəli dəri xəstəlikləri müşayiət olunur.

Billurə