İspaniyanın “Real Madrid” klubunun “Malyorka” ilə matçında türkiyəli futbolçu Arda Gülerin start heyətində oyuna çıxıb-çıxmayacağı son günlərin müzakirə mövzularındandır.
Bununla bağlı “Real Madrid”in baş məşqçisi Ançelottiyə ən böyük təzyiq isə məşqçinin oğlu Daviddən gəlib.
Klub “Mançester Siti” ilə revanş oyunundan əvvəl La Liqada səfərdə “Malyorka” ilə qarşılaşacaq.
Oğlu David ilə birlikdə “Malyorka” matçı üçün heyəti müəyyənləşdirməyə çalışan Ançelotti bəzi məqamlarda qərarsızdır. Lakin David atasından bu matçda Arda Güleri oynatmasını istəyib.
Qarşılaşmada oynayacaq heyətin bu gün keçiriləcək mətbuat konfransından sonra açıqlanacağı gözlənilir.