Qəbizliyi aradan qaldıran möcüzəvi vasitə: Qatığa bir çay qaşığı əlavə edin və...

12
Apr
2024
14:42

Həzm problemi və qəbizlik bir çox insanın rastlaşdığı problemlərdən biridir.

Azreform.info Türkiyənin "Posta" qəzetinə istinadla xəbər verir ki, mütəxəssislər bu problemin qarşısını almaq üçün A, H, B1, B2 və B6 vitaminlərini ehtiva edən qaraçörəkotu yağını tövsiyə edir.

Səhər, günorta və axşam bir çay qaşığı qaraçörəkotu yağından istifadə qan şəkərini tarazlaşdırmaqda və həzm problemlərini aradan qaldırmaqda çox təsirlidir.
Həm uşaqlar, həm də böyüklər bu yağdan istifadə edə bilər.
Qaraçörəkotu tozunu ayrı-ayrılıqda həm qatıq, həm bal, həm də bəhməzlə qarışdırıb qəbul etmək olar. 

Qaraçörəkotu bədəndə iltihabı azaltmağa kömək edən maddələr ehtiva edir. Orqanizmi sərbəst radikalların zərərli təsirlərindən qoruya və qocalmanı ləngidə bilən antioksidantlarla zəngindir.
Bəzi tədqiqatlar göstərir ki, qaraçörəkotu istehlakı immunitet sistemini gücləndirməyə və bədəni infeksiyalarla mübarizədə dəstəkləməyə kömək edə bilər.
Ürək sağlamlığı üçün faydalı ola bilər, çünki xolesterin səviyyəsini aşağı salır və qan təzyiqini tənzimləyir. Bu, ürək xəstəliyi riskini azaltmağa kömək edə bilər.

Bəzi tədqiqatlar göstərir ki, qaraçörəkotu qan şəkərini aşağı salır və diabetin idarə olunmasına kömək edir. Ancaq bu mövzuda daha çox araşdırmaya ehtiyac var.

Elmi olaraq sübuta yetirilməsə də, astma simptomlarını yüngülləşdirdiyi deyilir.

Xüsusi qeyd: Qaraçörəkotunu qatıqla qarışdıraraq da istehlak edə bilərsiniz. Lakin mədə probleminiz və ya xroniki xəstəliyiniz varsa, yeməzdən əvvəl mütəxəssislə məsləhətləşin.

Billurə