Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasının 1/4 final mərhələsində ilk oyununu keçirib.
Azreform.info ın məlumatına görə, İsmail Kartalın baş məşqçisi olduğu kollektiv Yunanıstanda "Olimpiakos"un qonağı olub.
Qarşılaşma İstanbul təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 2:3.
Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Türkiyədə olacaq.