“Bayramda nə yediyimizə, nə içdiyimizə diqqət etməliyik. Həmişə sağlam qidalanmalıyıq".
Azreform.info xəbər verir ki, bunu türkiyəli diyetoloq Gizem Güneş deyib.
"Pəhriz siyahılarına sadiq qalmalı deyilik. Porsiyaları mümkün qədər azaltmaqda fayda var. Bol maye qəbul etməklə, günü mümkün qədər tez bitirməklə, qısamüddətli orta səviyyədə gəzintilər etməklə tarazlığımızı qoruya bilərik.
Bayramın məqsədi arıqlamaq deyil, sağlam qidalanmaqdır. Bundan əlavə, şirniyyat və xəmir yeməklərini saat 16:00-dan əvvəl yesək, daha yaxşı olar. Əgər saat 16:00-dan sonra yeyəcəyiksə, aclıq müddətini mümkün qədər uzatmalıyıq. Karbohidrat qəbulunda diqqətli olmalıyıq. Yeməklərinizi bol tərəvəzlər və meyvələrlə daha çeşidli edə bilərik", - deyə o əlavə edib.
Billurə