Şəhriyar Məmmədyarov Kanadada qalib oldu

10
Apr
2024
19:35

Şahmat üzrə İddiaçılar Turnirinin istirahət günündə qeyri-rəsmi blits turniri keçirilib.

Azreform.info xəbər verir ki, Kanadaya Nicat Abasovun sekundant-məşqçisi kimi yollanan Şəhriyar Məmmədyarov yarışda iştirak edib.

O, turnirin qalibi olub.

Qeyd edək ki, Abasov İddiaçılar Turnirində 5 turdan sonra 1,5 xalla 7-ci pillədə qərarlaşıb.