90% insanın üzündə gənə var. Onlar elə də ciddi problem yaratmır, amma yerli və dəri immuniteti düşdükdə, qaşınma, qıcıqlanma, demodekoz yarada bilər.
“Medicina” xəbər verir ki, dermatoveneroloq Anastasiya Zubova demodex gənələrinin üzdə daha çox harda yaşadığını açıqlayıb.
“Gənələr tük follikullarının dibində, alında, burun yanında, kipriklrdə və qulaq dəliyində çox yığışır.
Demodeks patogen orqanizmdir, o üz dərisinin normal mikrob tərkibində olur.
2 cür dəri gənəsi var: Demodex follicullorum daha çox qaş, kiprik, saqqalda olur, Demodex brevis isə dərinin piy vəziləri olan hissəsində, hətta sinə, kürək və boyunda da olur.
Əgər dəri mikrobiomu pozularsa, gənə aktiv şəkildə çoxalacaq. Proses dəridə digər iltihabi xəstəliklər, hormonal mazlar və dərmanların təsirindən olur.
Gənələrin aktivləşməsinin əlamətləri:
- Qaşınma, qızarma, iltihab
- Dəridə yanma hissi
- Səpkilər və qabarcıqla, irin
- Dərinin parıldaması, yağlanması
- Saçların, kipriklərin kəpək tökməsi, tökülməsi
- Seboreya – həm üzdə, həm baş dərisində
Profilaktika məqsədilə dərinin gigiyenasına əməl edin, üzü xüsusi
təmizləyici vasitələrlə yuyun, isti su və soyumadan qoruyun.
Başqasının dəsmalı, yastığı və əşyalarından istifadə etməyin.
Dəri və yerli immuniteti qaldırın”.