Qorxulu XƏBƏRDARLIQ: immuniteti zəif olanlar üçün əcəl zəngləri çalınır

8
Apr
2024
20:56

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) menengitə və ölümə səbəb ola biləcək nadir bakterial xəstəliklərə gətirib çıxaran invaziv meningokoka yoluxma hallarının artacağı barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, 2023-cü ildə ABŞ-da 422 hadisənin qeydə alındığını vurğulayan CDC, bunun 2014-cü ildən bəri bir il ərzində qeydə alınan ən yüksək rəqəm olduğunu açıqlayıb.

Bu il artıq 143 yoluxma faktının qeydə alındığını diqqətə çatdıran CDC-yə görə, bu, infeksiyanın ötən ilki rəqəmləri ötəcəyinə işarədir.
Bəs bu xəstəlik daha çox kimləri hədəf alır? Bu suala Prof. Dr. Hasan Hüseyin Karadeli cavab verib. O, invaziv meningokokun “neisseria meningitidis” adlı bakteriyaların yaratdığı yoluxucu xəstəlik olduğunu bildirib.

"Bu bakteriya adətən burun və boğaz ətrafında yaşayır. Daha sonra yayılaraq meningitə və ya qan zəhərlənməsinə səbəb olur. Xəstəlik adətən qəfil başlayan hərarət, baş ağrısı, ürəkbulanma, qusma, istilik hissi, əl və ayaqlarda uyuşma kimi əlamətlərlə özünü göstərir. Müalicə edilməzsə, ciddi fəsadlara və hətta ölümcül nəticələrə səbəb olur. Maraqlısı odur ki, ötən il yoluxanların əksəri meningit olmasa da, ən azı 17 nəfər dünyasını dəyişib.

Bu artımı şərh edərkən qeyd etməliyəm ki, xəstəliyə daha çox uşaqlarda və gənclərdə rast gəlinir. Ancaq 30-60 yaş arası yetkinlər də təhlükə altındadır. İnsanların sıx olduğu mühitlərdə vaxt keçirənlərdə, siqaret çəkənlərdə, immun sistemi zəif olan insanlarda və səyahət edənlərdə risk daha yüksəkdir. Xüsusilə də, immunitet sistemi zəif olanlar üçün həyəcan təbili çalınır”, - Prof. Dr. Hasan Hüseyin Karadeli qeyd edib.

Hansı tədbirlər görülməlidir?

Həkim xəstəliyin qarşısının alınması üçün edilməli olanları da izah edib.

“Bu tədbirlər arasında üç maddə önə çıxır. Bunlar immunitetin gücləndirilməsi, peyvənd olunmaq və gigiyena qaydalarına diqqət yetirməkdir”, - deyə həkim vurğulayıb.