Bunu edənlər beyin yeyən amöbə yoluxurlar – XƏBƏRDARLIQ

8
Apr
2024
01:14

Kran suyu ilə sinusların yuyulması beyin yeyən amöbə yoluxmağa səbəb ola bilər.

Medicina.az xəbər verir ki, sinusların yuyulması zamanı kran suyundan istifadə etməzdən əvvəl suyu ən azı bir dəqiqə qaynatmaq və soyutmaq lazımdır.
Həkimlər bildirirlər ki, yeni bir araşdırma kran suyu ilə burun yuyanlarda ölümcül beyin yeyən amöb infeksiyasına yoluxma riskinin yüksək olduğunu göstərib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) tədqiqatçıları, son 10 il ərzində 10 insanın burnunu yuduqdan sonra “Acanthamoeba amöb” infeksiyasına yoluxduğunu və onlardan 3-nün öldüyünü bildirir.

CDC-nin “Emerging Infectious Diseases” akademik jurnalında dərc olunan araşdırmaya görə, 10 nəfərin hamısının immun sistemi pozulmuşdu, 7-si xroniki sinüzitdən əziyyət çəkirdi.

Amöblər insanlarda parazitar infeksiyalara, o cümlədən dəri və göz xəstəliklərinə, həmçinin ölümcül beyin infeksiyalarına səbəb olduğu bilinən təkhüceyrəli orqanizmlərdir. “Acanthamoeba”ya bütün dünyada rast gəlinir. Torpaqda və bir çox su növlərində, o cümlədən göllərdə, çaylarda və kran suyunda yaşayırlar.

Amöblər daha çox zəifləmiş immunitet sistemi olanlara (məsələn, diabet, xərçəng, HİV və ya orqan transplantasiyası tarixi olan insanlara) yoluxur.

Tədqiqatçılar müəyyən ediblər ki, immun sistemi zəif olan insanlarda burnunu yaxalamaq, sinusları təmizləmək digər infeksiya növlərinin qarşısını almaq üçün faydalıdır. Lakin bu zaman steril olmayan sudan istifadə təhlükəli vəziyyət yaradır.

Tədqiqatçıların sözlərinə görə, amöb beyin infeksiyaları ölümcüldür, dünyada çox az adam bu halda sağ qalır. Xəstəliyin "xüsusi müalicəsi yoxdur".