Çindən gətirilən toyuqlarda təhlükəli bakteriya aşkarlandı

7
Apr
2024
22:00

Rusiyada Çindən gələn toyuğun sinə ətlərində salmonella aşkar edilib.

Publika.az xəbər verir ki, bu səbəbdən aprelin 14-dən bu məhsulun tədarükünə məhdudiyyətlər tətbiq edilib.

Çinin "Tangshan Zhonghong Sanrong" şirkəti uzun müddətdir ki, bütün Rusiyaya yayılan məhsullar satır. "Rosselxoznadzor" mütəxəssisləri bakteriyanı son gələn məhsullarda aşkar ediblər.

Maraqlıdır ki, bakteriya 2022-ci ildə eyni istehsaldan olan toyuqlarda da tapılmışdı. Rusiya Federasiyası tərəfindən artan nəzarət səbəbindən çinlilər tədarükləri geri qaytararaq vəziyyəti düzəltmişdi.

Qeyd edək ki, salmonella bakteriyası insanlarda mədə ağrısı, qusma, meningit, pnevmoniya və s. kimi hallara səbəb olur.