Bakıda güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.
“Azreform.info ” xəbər verir ki, bu gün qadın güləşçilər mübarizəyə qoşulub.
Milli komandamız bu gün də Paris Yay Olimpiya oyunlarına vəsiqə qazana bilməyib. Yığmamızın lideri Mariya Stadnik (50 kq) yarımfinala yüksəlsə də, Ukrayna nümayəndəsi Oksana Livaçla görüşün başa çatmasına 5 saniyə qalmış qələbəni əldən verib – 2:4.
Bu gün gücünü sınayan digər güləşçilərimiz – Elnurə Məmmədova (53 kq),Jalə Əliyeva (57 kq), Birgül Sultanova (63 kq) və Elis Manolova da Olimpiadaya lisensiya qazana bilməyiblər.
Sabah sərbəst üsulla güləşən pəhləvanlar çıxış edəcək.