Göz damarlarını qidalandıran – Qara sarımsaq

6
Apr
2024
05:14

Gözdə görmə zəifliyi, ağır göz xəstəliklərinin bir səbəbi də göz damarlarının qan dövranının pozulması və torlu qişanın, göz almasının qanla təchizatının zəifləməsidir.

“Medicina” xəbər verir ki, rusiyalı oftalmoloq Mixail Konovalov torlu qişanı qidalandıran xırda damarların vəziyyətini yaxşılaşdırmaq üçün tövsiyə verib.

“Sarımsaqda allisin adlı maddə var, məhz o, torlu qişanın sağlamlığına təsir edir.

Allisin qanda oksid azotun miqdarını artırır, nəticədə damarlar genişlənir, gözün qanla qidalanması yaxşılaşır, görmə itiliyi qorunur.

Allisinin antibakterial təsiri müxtəlif göz iltihabi və bakterial xəstəlikləri ilə mübarizə aparır.
Allisin stafilakokk və Escherichia coli kimi bakteriyaları öldürə bilər.
Allisin virus infeksiyalarında da kömək edir.

Antioksidant təsir edib, hüceyrələri yeniləyir.

Allisin qanda, damarlarda pis xolesterinin səviyyəsini azalda da bilir.
Amma gözlər üçün adi sarımsaqdan da faydalısı qara sarımsaqdır.

Qara sarımsaq adi sarımsağın müəyyən şərtlərdə fermenasiyasiyasından alınır.

Bu zaman kimyəvi reaksiyalar baş verir və bu sarımsağın tərkibi və təsirini dəyişir.

Sarımsaqda yaranan yeni birləşmələr daha güclü təsir edir və gözləri qoruyur. Qara sarımsağı yedikdə ağızdan spesifik qoxu da gəlmir.