Paşinyan: Azərbaycanın bəhs etdiyi kəndlərə iddia etmirik

31
Mar
2024
00:49

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ərazisində yerləşən Azərbaycana məxsus anklav və eksklavlarına iddia etmədiyini bildirib.

Azreform.info ” xəbər verir ki, bu barədə hökumət başçısı Artaşat şəhərində partiyadaşları ilə görüşdə danışıb.

“Biz heç vaxt bu kəndlərə iddia etməmişik. Siyasi mövqeyimiz isə belədir: biz ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar ərazilərə, o cümlədən Azərbaycanın bəhs etdiyi bu kəndlərə iddia etmirik”, – Paşinyan vurğulayıb.