Boşandığı arvadının evinin zirzəmisindəki əməlinə görə cəzalandırıldı

19
Okt
2024
20:00

Ağstafada boşandığı arvadının evinin zirzəmisində gizli şəkildə siqaret çəkən şəxsə cəza verilib.

Azreform.info -ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1986-cı ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olmuş M.N. adlı şəxs boşandığı həyat yoldaşı ilə barışmaq üçün onun yaşadığı Ağstafa rayonunun Həsənsu kəndindəki evinə gedib. Məqsədi ailəsini bərpa etmək və uşağını görmək olub.

Səhər saat 05:00-də o, boşandığı həyat yoldaşı E.M.-nin yaşadığı evə gedib, qapını döyməyə başlayıb. Lakin E.M. həyətə quraşdırdığı kameradan onu gördüyü üçün qapını açmayıb. Sonra M.N. boşandığı həyat yoldaşının razılığı olmadan evin həyətinə, oradan isə kiçik nəfəslikdən evin altındakı zirzəmiyə daxil olub. Günorta saat 11-12 radələrinədək zirzəmidə qalıb, orada siqaret çəkib. E.M. onun zirzəmidə olduğundan xəbər tutaraq, polisə şikayət edib.

Məhkəmənin qərarı ilə M.N. Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib və 350 saat ictimai işlər cəzasına məhkum edilib.