Zelenskidən Qərbə etiraz: Kiyevsiz Kremllə birbaşa danışıqlara qarşıyıq

19
Okt
2024
13:56

Qərbdəki tərəfdaşlarımız  Kiyevi Moskva ilə sülh yolu ilə nizamlanmaya razılıq verməyə çağırırlar. 

Azreform.info xəbər verir ki, bunu Ukrayna prezidentinin Vladimir Zelenski deyib. 
“Müxtəlif tərəfdaşların zaman-zaman müxtəlif səbəblərdən Rusiya ilə birbaşa danışıqlara dair istəkləri var. Fikrimiz dəyişməyib, hesab edirik ki, bizsiz bizim haqqımızda danışıqlar aparıla bilməz”, 
Zelenski həmçinin bir sıra ölkələri münaqişənin sonunu yaxınlaşdırmaq üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.
Zelenski onu da bildirib ki, Ukrayna Çin, Braziliya və Afrika ölkələrindən alınan təklifləri sülh yolu ilə nizamlanma planına daxil etməyə hazırdır.

Onun fikrincə, Çin, Hindistan, ABŞ və Səudiyyə Ərəbistanı Kiyev və Moskva arasında münaqişənin tez bir zamanda bitməsinə töhfə verə bilər. Zelenski əlavə edib ki, ölkələr Rusiyaya qarşı daha sərt sanksiyalara və digər təzyiq üsullarına əl atmalıdırlar.

Mürtəza
Azreform.info