Bu qidadan çox yedikdə baş ağrısı yaradır - Diqqət

19
Okt
2024
12:21

Tuna ( ton ) balığı çox sevilən və ən çox züllaldı qidadır. İdmançıların sürətli əzələ inkişafı üçün tez-tez qəbul etdiyi tuna balığı bəzən baş ağrısı yaradır.

Bəs niyə tuna balığı yeyəndə baş ağrısı yaranır?

Azreform.info Milli.Az-a istinadən bununla bağlı araşdırmanı təqdim edir:

Tuna balığının tərkibində tiramin adlı bir maddə var. Tiramin miqreni olan insanlarda baş ağrısını artıra bilər. Xüsusilə konservləşdirilmiş və ya qurudulmuş tuna balığında tiramin miqdarı yüksək ola bilər.

Tuna balığında civə səviyyəsi nisbətən yüksək ola bilər.  Müntəzəm olaraq yüksək miqdarda civə qəbul etmək baş ağrısı və sinir sistemi problemlərinə səbəb ola bilər.

Tuna balığı, düzgün saxlanılmadıqda, onda histamin adlanan bir maddəyaranır. Bu, bəzi insanlarda histamin həssaslığına səbəb ola bilər və nəticədə allergik reaksiyadan baş ağrısı yarana bilər.

Əgər baş ağrılarınız təkrarlanırsa, qida seçimlərinizi izləyərək və ya həkimə müraciət edərək səbəbləri daha dəqiq müəyyən edə bilərsiniz.