Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş N saylı hərbi hissənin qərargah rəisi Vüsal Əliyevin kassasiya şikayətinə baxılıb.
Azreform.info qafqazinfo.az-a istinadən xəbər verir ki, Ali Məhkəmə məhkum zabitin şikayətini qismən təmin edib.
Hakimlər V.Əliyevin azadlığa buraxılmasını uyğun hesab etməyib. Qərara əsasən, onun cəzası 6 ay azaldılıb.
Məhkumun cəzaçəkmə müddəti 2023-cü ilin aprelindən hesablanır. Bu qərarla onun çəkilməmiş 2 il cəzası qalır.
Xatırladaq ki, kapitan Vüsal Məmmədov təkrar rüşvət almaqda təqsirli bilinib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona sanksiya həddindən aşağı - 4 il azadlıqdan məhrumetmə cəzası verilib.