Pentaqon ABŞ-ın Rusiya ilə münaqişəyə can atmadığını bildirib

22
Noy
2024
00:21

ABŞ Rusiya ilə münaqişəyə can atmır, lakin Ukraynaya hərbi yardımı davam etdirəcək.

Azreform.info APA-ya istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirliyi sözçüsünün müavini Sabrina Sinqx brifinqdə deyib.

"Biz Rusiya ilə müharibəyə can atmırıq. Lakin şübhəsiz ki, siz tərəfdaş və müttəfiqlərin Ukraynanı dəstəkləmək üçün bir araya gəldiyini görəcəksiniz. Bu bizim davam etdirmək niyyətində olduğumuz şeydir.", - deyə Pentaqon rəsmisi bildirib.