ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Nyu-York birjasını partlatmağı planlaşdıran şəxsi saxlayıb.
Azreform.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
"FTB agentləri Nyu-York Birjasını partlatmağı planlayan Florida ştatından olan şəxsi həbs edib", - məlumatda deyilir.
Məlumatda o da qeyd edilib ki, ABŞ-ın cənub-şərqində yaşayan Harun Əbdül-Malik Yener bomba yaratmaq üçün göstəriş alıb. İlkin məlumata görə, o, birjanı partlatmaq istəyib. O, özünü “Əl-Qaidə”nin keçmiş lideri Usamə bin Laden kimi hiss etdiyini də bildirib.