Bu ölkə vətəndaşları öz login və parollarını vəsiyyətnamələrinə daxil etməyə çağırdı

25
Noy
2024
01:49

Yaponiyanın Milli İstehlakçı Hüquqları Mərkəzi vətəndaşları vəsiyyətnamələrinə istifadəçi adları və parolları daxil etməyə çağırıb. 

Azreform.info Qaynarinfo-ya istinadən xəbər verir ki, Yaponiyanın Milli İstehlakçı Hüquqları Mərkəzi vətəndaşlara ailə üzvlərinə abunələri idarə etməyə və sahibinin hesablarını silməyə imkan verən hesab məlumatlarını öz vəsiyyətlərinə daxil etməyi tövsiyə edib.

Qeyd edilir ki, bu yanaşmanın ekoloji faydaları var - köhnə hesabların silinməsi məlumat mərkəzlərinə yükü və karbon izlərini azaldır.

"Apple" kimi bəzi texnoloji şirkətlər artıq ölümdən sonra hesab idarəetmə vasitələrini təklif etsə də, bir çox onlayn xidmətlər bunu etmir. Yaponiya həmçinin məlumatların varislərə ötürülməsi prosesini sadələşdirmək üçün parol menecerlərindən istifadə etməyi tövsiyə edib.

Rəqəmsal varis funksiyası "iOS 15.2", "iPadOS 15.2" və "macOS 12.1" və ya daha yeni versiyalarda işləyən "Apple" qadcetlərində işləyir. Bu rejimdən 13 yaşdan yuxarı istifadəçilər istifadə edə bilər.