Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi İsrailin baş naziri Benyamin Netanyahu məsələyə münasibət bildirib.
Azreform.info APA-a istinadən xəbər verir ki, Netanyahunun açıqlaması baş nazirin ofisi tərəfindən dərc olunan bəyanatda öz əksini tapıb.
"Biz bütün məqsədlərimizə çatana qədər təzyiqlərə boyun əyməyəcəyik və geri addım atmayacağıq", - deyə Netanyahu bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbsinə order verib.