Hakan Fidanın bu hərəkəti gündəm oldu - VİDEO

19
Okt
2024
14:21

Ölkələr arasındakı əlaəqlərin hansı səviyyədə olması bir çox hallarda həmin ölkələrin rəsmilərinin görüşündə özünü açıq şəkildə biruzə verir. Belə ki, dövlət rəsmiləri, xüsusən də  ölkə baçısı və ya xarici işlər nazirləri diplomatik jestlərlə bunu nümayiş etdirirlər. Belə jestlər  çox şeyi ifadə edir. Biz belə bir  halın oktyabrın 18-də İstanbulda “3+3” formatında Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistandan xarici işlər nazirlərinin görüşündə də şahidi olduq.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın İstanbulda “3+3” formatında Azərbaycan, Rusiya, İran və Ermənistandan olan həmkarlarını qarşılama və fotoçəkidrmə zamanı bu münasibəti açıq şəkildə nümayiş etdirdi  və həmin anla bağlı video gündəm olub.

Azreform.info xəbər verir ki, ev sahibi kimi Hakan Fidan qonaqları qarşılayarkən bir diplomat olaraq  həmin ölkələrin nümayənədlərinə münasibətini diplomatik jestlə bildirir. Və bu da təbii ki, açıq şəkildə hiss olunur. 

Fidan  İranın xarici işlər naziri Abbas Araqçı  ilə yüngülvari  iki dəfə qucaqlaşıb görüşür.
Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bir daha  ölkələrimiz arasındakı münasibətlərin  "Bri millət, iki dövlət" prinsipinə uyğun olaraq yüksək səviyyədə olduğunu nümayiş etdirərək səmimi şəkildə sıx qucaqlaşıb görüşməklə açıq mesaj verir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla yalnız əl verib görüşür. 

Rusiya XİN başçısı Sergey Lavorvla yalnız bir dəfə qucaqlaşır və ikincisinə imkan vermədən görüşərək foto çəkdirir.

 Mürtəza
Azreform.info