Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

28
Mar
2024
21:07

Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır.

Azreform.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Ermənistanda mövcud vəziyyət nikbinlik yaratmır:

"Ermənistan rəhbərliyi uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir, qəsdən Rusiya Federasiyası ilə münasibətlər pozulur, 102-ci hərbi bazada xidmət edən hərbi qulluqçularımız şərlənir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı böhtan atılır”.