Ermənistanda kilsə və revanşistlər təlimatı xaricdən alır

27
Mar
2024
16:23

Ermənistanda müəyyən revanşist qüvvələr anklav olmayan dörd kəndin Azərbaycana verilməməsi üçün hərəkətə keçib. Bu qrupların əsas məqsədi N. Paşinyana qarşı əhalinin etirazını formalaşmasına çalışmaq və nəticədə silahlı yolla hakimiyyət çevrilişinə nail olmaqdan ibarətdir. Bu qruplar kilsə ilə birgə hərəkət edir və dayaq nöqtəsi olaraq Tavuş vilayətindəv xalqı etiraza çağırmaq seçilib.

Bunu Azreform.info-ya politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan danışıqlar yolu ilə dörd kəndi Azərbaycana qaytarmağı planlaşdırır. Qeyd edim ki, ötən gün Gürcüstana bir kənd qaytarıldi. Amma, revanşistlər və kilsə bu məsələyə etiraz etmədi. Azərbaycanla bağlı isə, göstəriş xarici mərkəzdən verilib. Hazırkı etirazın arxasında Kilsə, keçmiş Qarabağ klanı və Rusiyada bəzi mərkəzlər dayanır:

"Bununla əsas istəklərini reallaşdırmağa çalışırlar. Birinci, Azərbaycanla sülh müqaviləsinin bağlanmasının qarşısını almaq. İkinci, Azərbaycanı silahlı hücuma təşviq edərək, N. Paşinyanın etimadını daxildə zəiflətmək. Üçüncü, yaranmış vəziyyətdən istifadə edərək silahlı çevrilişə əl atmaq. Burada orduda olan qruplardan da istifadə edilməsi istisna deyil.

N. Paşinyanın əsas işi bu qrupları zərərsizləşdirmək və öz hakimiyyətini möhkəmləndirməkdir. Təbii ki, Ermənistan hakimiyyəti hazırkı prosesləri idarə edərək, dörd kəndin qaytarılmasına getməyə çalışacaq".