Rusiya hər şey edəcək ki, sülh olmasın, çünki… - Aslanyan

26
Mar
2024
17:07

Rusiya hər şeyi edəcək ki, Ermənistan sülh şəraitində yaşamasın, çünki Rusiyaya güclü deyil, ona marionet Ermənistan lazımdır.  

Azreform.info xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Akop Aslanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın bütün strateji əhəmiyyətli obyektləri Rusiyanın nəzarəti altındadır. “Biz bunu etməmişik”, - deputat vurğulayıb.

Qazaxın 4 kəndi ilə bağlı məsləyə aydınlıq gətirən deputat deyib ki, bununla bağlı delimitasiya və demarkasiya danışıqları aparılır. “Bizə məxsus olan bizim olmalıdır, onlara (yəni Azərbaycana-red) məxsus olan isə verilməlidir”, - Aslanyan qeyd edib.

Aslanyan Ermənistanın bu prosesdən imtina edəcəyi təqdirdə Paşinyanın danışdığı hərbi ssenarini istisna etməyib. “Bütün bunların arxasında Rusiya dayanır. Bu, Rusiya proqramıdır”, - deyə o vurğulayıb. 

Mürtəza
Azreform.info