İsrail və HƏMAS müvəqqəti atəşkəsin uzadılması barədə razılığa gəliblər - WSJ

1
Dek
2023
09:14

İsrail və HƏMAS daha çox girovu azad etmək üçün Qəzza zolağında müvəqqəti atəşkəsi daha bir gün uzatmağa razılaşıb.

Azreform.info xəbərinə görə, “The Wall Street Journal” yazır ki, bu müqavilə əsasən qadın və uşaqların daha 10 girovunun azad edilməsini nəzərdə tutur.

Atəşkəs Qətərin vasitəçiliyi ilə olub və bir neçə dəfə uzadılıb, lakin İsrail və Həmas arasında razılaşma da mümkün pozulmalarla üzləşib.