Ən varlı futbolçuların arvadlarının siyahısı açıqlanıb: Ronaldonun yoldaşı cəmi 8-cidir

1
Dek
2023
08:47

Portuqaliya millisinin ulduz hücumçusu Kriştiano Ronaldo dünyanın ən çox maaş alan futbolçusu olsa da, onun sevgilisi ən zəngin yoldaşlar reytinqində uduzur, Azreform.info Tengri Sport-a istinadən xəbər verir.

Dünya ulduzlarının digər yarısı öz bizneslərini açır, uğurlu sahibkar olur və əhəmiyyətli pul qazanırlar. The Sun ən böyük aktivlərə malik futbol divalarının reytinqini dərc edib.

Siyahıda birinci yeri “Mançester Yunayted”in əfsanəvi yarımmüdafiəçisi Devid Bekhemin həyat yoldaşı tutub. "Spice Girls" qrupunun keçmiş solisti, model, aktrisa və dizayner Viktoriya Bekhemin kapitalı 70 milyon avro təşkil edib.