"Qarabağ"ın futbolçusu Olavio Juninyo Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib.
Azreform.info xəbər verir ki, 27 yaşlı hücumçu şəxsi "Instagram" hesabından fotolar yayımlayıb.
Braziliyalı forvard paylaşımda "Tarix yazdıq, bu anı yaşatdığı üçün "Qarabağ"a təşəkkür edirəm", - deyə bildirib.
Qeyd edək ki, Olavio Juninyo "Qarabağ"ın heyətində "Bayer 04"lə hər iki qarşılaşmada fərqlənməyi bacarmışdı. Bakıda Leverkuzen təmsilçisi ilə heç-heçə edən (2:2) Azərbaycan çempionu turnirdə mübarizəni dayandırıb.