Çelsi”nin keçmiş sahibi Roman Abromoviç “Valensiya”nı almaq niyyətindədir.
Azreform.info xəbər verir ki, bu barədə İspaniyanın “AS” qəzeti məlumat yayıb.
Abramoviç səhmlərin neçə faizini alacaq, rəhbər vəzifələrə kimləri təyin edəcək, nə qədər vəsait yatıracaq - hələlik belə detallar məlum deyil.
Qeyd edək ki, “Valensiya”nın hazırki sahibi Peter Limdir. O, 2014-cü ildən kluba rəhbərlik edir.
Xatırladaq ki, “Çelsi” satıldıqdan sonra Roman Arkadyeviç 2022-ci ildə də “Valensiya” ilə maraqlanırdı.