Portuqaliya millisinin İsveç və Sloveniya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Yenisabah.az xəbər verir ki, yığmaya "Əl-Nəsr"in 39 yaşlı hücumçusu Kriştiano Ronaldo da dəvət olunub.
Qapıçılar: Dioqo Kosta ("Portu"), Xose Sa ("Vulverhempton"), Rui Patrisio ("Roma").
Müdafiəçilər: Antonio Silva ("Benfika"), Danilo Pereyra (PSJ), Dioqo Leite ("Union"), Qonçalo İnasio ("Sportinq"), Joao Mario ("Benfika"), Joao Kanselo ("Barselona"), Dioqo Dalo ("Mançester Yunayted"), Pepe ("Portu"), Nelson Semedo (“Vulverhempton”), Nuno Mendes (PSJ), Rafael Qerreyro (“Bavariya”), Ruben Dias (“Mançester Siti”), Toti Qomeş (“Vulverhempton”).
Yarımmüdafiəçilər: Bruno Fernandes ("Mançester Yunayted"), Joao Palinya ("Fulhem"), Joao Neves ("Benfika"), Mateys Nunes ("Mançester Siti"), Otavio ("Əl-Nəsr"), Vitinya (PSJ), Bruma ("Braqa"), Bernardo Silva ("Mançester Siti").
Hücumçular: Kriştiano Ronaldo ("Əl-Nəsr"), Fransisko Trinkan ("Sportinq"), Fransisko Konseysao ("Portu"), Qonçalo Ramos (PSJ), Joao Feliks ("Barselona"), Jota Silva ("Vitoriya"), Rafael Leau ("Milan").
Qeyd edək ki, Portuqaliyanın İsveç millisi ilə görüşü martın 21-də, Sloveniya yığması ilə matçı isə martın 26-da keçiriləcək.