Almatıda hosteldə yanğında 13 nəfər həlak olub

30
Noy
2023
09:58

Almatıda yataqxanaya çevrilən binada yanğın baş verib, 13 nəfər ölüb.

Azreform.info xəbər verir ki, vu barədə şəhərin fövqəladə hallar idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 30-da saat 05:33-də (Moskva vaxtı ilə 02:33) Almatı şəhərinin Adi Şaripov küçəsində yanğın qeydə alınıb. İlk yanğınsöndürmə bölməsi hadisə yerinə 7 dəqiqəyə gəlib" - deyə idarədən bildirilib.

Almatı şəhərinin səhiyyə idarəsinin mətbuat xidməti iki qurbanın təcili xəstəxanaya aparıldığını bildirib. "Bir nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır, stabildir. İkinci xəstə isə bütün müayinələrdən sonra ambulator müalicəyə tövsiyə ilə göndərilib", - mətbuat xidmətindən bildirilib.

Onlar vurğulayıblar ki, zərərçəkənlərə tam tibbi yardım, o cümlədən psixoloji yardım göstərilir.