Çempionlar Liqası: 1/4 finalçılar məlum oldu

14
Mar
2024
09:07

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində son iki cavab oyunu keçirilib.

Azreform.info ”ın məlumatına görə, İspaniyada İtaliyanın “İnter” klubunu qəbul edən “Atletiko” penaltilər seriyasında rəqibini məğlub edib.

Almaniya “Borussiya”sı isə doğma meydanda Niderland təmsilçisi PSV-yə qalib gələrək mərhələni adlayıb.

Beləliklə, “Atletiko”, “Borussiya”, “Real”, “Barselona”, “Mançester Siti”, “Arsenal”, “Bavariya” və PSJ növbəti mərhələyə yüksəliblər.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
13 mart

“Atletiko” (İspaniya) – “İnter” (İtaliya) 2:1
Qol: Qrizman, 35, Depay, 87 – Dimarko, 33
Penaltilərlə 3:2
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid, “Metropolitano” stadionu
İlk oyun - 0:1.

“Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland) 2:0
Qollar: Sanço, 3, Roys, 90+5
Baş hakim: Daniele Orsato (İtaliya).
Dortmund, “Siqnal İduna Park” stadionu
İlk oyun - 1:1.