Kissincer vəfat edib

30
Noy
2023
09:09

ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer vəfat edib.

Azreform.info xarici mətbuata istinadən xəbər verir ki, H.Kissincerin 100 yaşı olub.

Nobel sülh mükafatı laureatı keçmiş dövlət katibi 1923-cü ilin 27 may tarixində Almaniyada, Bavariya əyalətinin Fyürt şəhərində yəhudi ailəsində anadan olub.

Henri Kissencer 1973-1977 illərdə ABŞ Dövlət Departamentinə rəhbərlik edib.