UEFA-dan “Qarabağ” paylaşımı: "Şou göstərdi" - VİDEO

13
Mar
2024
21:56

UEFA Avropa Liqasının rəsmi feysbuk səhifəsi “Qarabağ”la bağlı növbəti dəfə maraqlı paylaşım edib.

Azreform.info ” xəbər verir ki, qitənin ən nüfuzlu futbol təşkilatının sosial şəbəkə hesabında bu dəfə Ağdam təmsilçisinin futbolçusu Olavio Juninyoya yer verilib.

Sözügedən paylaşımda “Juninyo “Bayer”lə ( Leverkuzen) qarşılaşmada şou göstərdi” şərhi qeyd olunub.

Qeyd edək ki, Bakıda keçirilən “Qarabağ”-“Bayer” matçı 2:2 hesabı ilə bitib.

Cavab oyunu martın 14-ü, saat 00:00-da Almaniyada baş tutacaq.