Rusiya Ukrayna hakimiyyət üzvülərini aradan götürmək üçün hibrid əməliyyata bu ilin yayından başlayıb. Prezident V. Zelenskiyə bir-neçə dəfə sui-qəsd həyata keçirilsə də baş tutmayıb. Bir neçə gün bundan əvvəl, Ukrayna qoşunlarının komandanı Zalujnin köməkçisinin evində ölü tapılması, kəşfiyyat rəisi Budaqovun və yoldaşınin zəhərlənməsi ilə bağlı açıqlamalar onu deməyə əsas verir ki, Kreml Zelenskinin ətrafını aradan götürməyi hədəfləyib.
Bunu Azreform.info-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Zelenski komandasında ciddi böhran var. Bir çoxlarının və ailə üzvlərinin zəhərlənməsi baş verib. Görünür, Kiyevdə hərbi qüvvələri ilə hakimiyyəti dəyişə bilməyən V. Putin digər taktiki ilə V. Zelenskinin komandasinı aradan götürməyə çalışır. Rusiyanın iki hədəfi var. Prezident V. Zelenski və general Zalujin. Ukrayna hakimiyyəti öz təhlükəsizliyini təmin etməsə, bir- bir Rusiya tərəfindən sıradan çıxarılması mümkündür:
"Təbii ki, Rusiyanın bu siyasəti qonşu ölkələrin siyasətçiləri üçündə təhlükə vəd edir. Azərbaycanda bura aiddir. Rusiya qonşularini bütün üsullarla təhdid edir" .