La Liqada "Real Madrid" doğma meydanda "Selta Viqo"ya qalib gəlib. Matçda əvəzedici heyətlə meydana daxil olan Arda Gülər "Real Madrid"in heyətində ilk qolunu vurub.
Azreform.info NTV-yə istinadla xəbər verir ki, matçın 89-cu dəqiqəsində Vinisius Juniorun yerinə oyuna daxil olan Gülər 90+4-cü dəqiqədə vurduğu qolla matçın hesabını müəyyənləşdirib.
"Real Madrid"in baş məşqçisi Karko Ançelotti matçın sonunda meydanda Ardanı qucaqlayaraq təbrik edib.
"Çox az vaxt aldı, amma bir şey edəcəyinə əmin idim. O, böyük istedaddır. Çox gözəl bir qol oldu. Onun burada böyük gələcəyi var. Biz buna çox əminik” - deyə Ancelotti Arda barədə deyib.
Qeyd edək ki, qarşılaşma 4:0 "Real Madrid"in qələbəsi ilə başa çatıb.
Billurə