Məşhur futbolçu ikinci dəfə xərçəngə tutuldu

11
Mar
2024
08:14

“Feyenoord”un və “Herta”nın keçmiş futbolçusu Jan-Pol Boetius yenidən xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, 2022-ci ilin sentyabrında uroloji müayinə zamanı futbolçuda xaya şişi aşkarlanıb və bundan sonra uğurlu əməliyyat olunub.

“Çətin vaxtdan və zəhmətdən sonra irəliyə doğru gözəl bir addım atmağa hazırlaşdıqdan sonra xəbərləri sizinlə bölüşmək istəyirəm. Bir dəfə xərçəngə qalib gəlsəm də, limfa düyünlərimə yayıldı. Bu o deməkdir ki, mən kimyaterapiya, sonra isə reabilitasiya keçməliyəm.

Aldığım bütün sevgi və dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizin dəstəyiniz ümid işığı oldu. Yenidən dolu stadionun qarşısında oynaya biləcəyim günü səbirsizliklə gözləyirəm”, – futbolçu sosial şəbəkədə yazıb.

2023-cü ilin yayından 29 yaşlı futbolçu klubsuz qalıb.