ABŞ-nin İsraildəki səfirliyinin əməkdaşı Qüdsdə ölü tapıldı

5
Mar
2024
09:42

ABŞ-nin İsraildəki səfirliyinin əməkdaşı Qüdsdə ölü tapılıb.

Azreform.info bildirir ki, səfirliyin sözçüsü əməkdaşın öldüyünü təsdiqləsə də hadisə ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.

Sözçü həyatını itirən şəxsin ABŞ səfiri Cek Lyu olmadığını diqqətə çatdırıb. O, "hər hansı bir pis niyyətli hərəkətdən şübhələnmədiklərini" dilə gətirib.

İsrail mətbuatında çıxan xəbərlərdə səfirlik əməkdaşının Qüdsdə bir mənzildə ölü tapıldığı qeyd olunub.(publika.az)