Onu dəstəkləyən insanlar intihar edir - Simonyan

4
Mar
2024
19:35

Ermənistan gəncləri başa düşməlidirlər ki, Paşinyan satqındır və erməni xalqını tam məhvə aparır.

Azreform.info xəbər verir ki, bunu Ümumdünya Gənclər Festivalında çıxışı zamanı “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.

“O, hakimiyyətdə qalsa və Ermənistanın gəncləri, eləcə də böyükləri onu dəstəkləməyə davam etsə, beş ildən sonra Ermənistan olmayacaq", - o qeyd edib.

O əlavə edib ki, belə bir intihar siyasəti onların ürəyincədirsə, Paşinyanı seçməyə davam etsinlər: "Onu dəstəkləyən insanlar intihar edir. Mən intiharların məntiqini başa düşmürəm və heç vaxt psixiatriya sahəsində işləməmişəm”, -  Simonyan yekunlaşdırıb.

Mürtəza
Azreform.info