Zelenski: Bu, tarixin ən biabırçı səhifələrindən biri olacaq

4
Mar
2024
17:00
"Təkcə bu həftə biz yeddi rus hərbi təyyarəsini vura bildik. Məhz bombaları atıb insan öldürən təyyarələri. Fevralın əvvəlindən Rusiya 15 hərbi təyyarəsini itirib". 
 
Azreform.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 
 
"Bu, onların itkilərinin düzgün dinamikasıdır. Rusiya təyyarələrini vurmaq imkanımız nə qədər çox olsa, işğal olunmuş ərazilərimizdə rus logistikasını nə qədər məhv etsək, bir o qədər çox ukraynalıların həyatını xilas etmiş olarıq.
 
Bu müharibə məhz Rusiya üçün ümidsizliyə çevrilməlidir. Onlar mümkün qədər hiss etməlidirlər ki, həyatı məhv etmək istəyənləri məhv edən güc var. Biz bunu təmin etməyə qadirik. Tərəfdaşların hər biri nə lazım olduğunu bilir. Bunu həyata keçirmək üçün siyasi iradə lazımdır. Lazımi yardım və dəstək verilməlidir. Bu, baş verməsə, o zaman bu, Amerika və ya Avropanın İran “Şahid”lərinə və ya Rusiya qırıcılarına uduzması tarixin ən utanc verici səhifələrindən biri olacaq”.
 
Mürtəza
Azreform.info