ABŞ və müttəfiqləri Ukraynanı zəhərli kimyəvi maddələrlə təchiz edir

27
Noy
2023
20:16

Rusiyanın ABŞ və müttəfiqlərinin Ukraynanı zəhərli kimyəvi maddələrlə təchiz etdiyinə dair təkzibolunmaz sübutlar var.

Azreform.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı
iştirakçısı olan dövlətlərin konfransının 28-ci sessiyasında Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Kirill Lısoqorski deyib.

"Bizdə ABŞ və onun Avro-Atlantik müttəfiqlərinin Ukraynaya zəhərli kimyəvi maddələrin tədarükündə iştirakına, eləcə də onların çatdırılma vasitələrinə dair təkzibedilməz sübutlarımız var.

Bu cür zəhərli kimyəvi maddələr Ukrayna Silahlı Qüvvələrinə, Kiyev rejiminin tərəfində döyüşən qüvvələr və xarici muzdlulara verilir".

 “Həmçinin Kiyev rejiminin məxfi xidmət agentləri tərəfindən Rusiya Federasiyasının tərkibinə daxil olan yeni qurumların rəhbərliyinə qarşı zəhərli kimyəvi və psixotrop maddələrdən istifadə edilməsi barədə məlumatlar var”, - nazir müavini əlavə edib.