“Bu, ədalətli nəticə deyildi” - “Neftçi”nin baş məşqçisi

3
Mar
2024
23:35

“İki qol buraxdıq, bu cür səhvləri “Qarabağ” kimi komandalara etdikdə onlar səni cəzalandıracaq. Hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etdik, amma künc zərbələrindən sonra qol buraxdıq. Nəticə 4:1-dir. Amma bu, ədalətli nəticə deyildi. Biz bu hesabla uduzmağa layiq deyildik”.

Azreform.info xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın son turunda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, daha sonra suallara cavab verib:

- Sizin bu klubda artıq 2 ayınız tamamdır. Azarkeşləri, oyunları düşünərək finala bərabər oyuna hazırlaşmaq bu qədərmi çətin oldu?

- Biz bu gün əlimizdən gələni etdik, heç kəs gözləmirdi ki, belə qollar buraxacağıq. Ümumi götürsək, oyun yaxşı idi. “Qarabağ”ı son 15 dəqiqədə təzyiq altında saxlaya bildik. Mən Azərbaycanda çempionatda rəqibə bu qədər təzyiq edən komanda görməmişəm.

- Təzə gələn hücumçular və hücum xəttinin qol vurması təxminən nə qədər zamana həll olunacaq?

- Adətən belə şeylər olur. Gözləyirik.

- Ümumiyyətlə, komandanın hazırkı vəziyyəti və futbolçular haqqında nə düşünürsünüz?

- Qlobal dəyişikliklər üçün imkanımız yoxdur. Məğlubiyyətdən sonra məsuliyyəti məşqçi daşıyır, amma biz yalnız çalışmalıyıq. Bu oyun daha keyfiyyətli və şən keçdi. Düzdür, qol buraxdıq, amma hər oyunçu mübarizəni sona qədər davam etdirdi. Onların əziyyətinə baxaraq çox razıyam. Azərbaycan çempionatında belə oyunlar nadirən baş verir. Oyun Avropa səviyyəsində keçdi. Səhvlər var idi, amma məğlub olduqda məsuliyyəti daşıyan məşqçidir.

- Sizi bu günü düşünürsünüz, yoxsa gələcəyi?

- Mən burada elə işləyirəm ki, sanki burada uzun müddət çalışacam.

- Oyunun ilk dəqiqəsində Marko Yankoviçin Emin Mahmudova kobudluğunu necə dəyərləndirirsiniz?

- Oyuna təsir etdi, zədəsi ucbatından onu əvəzlədik.

- Nəticə olmasa, istefa verib gedəcəksiniz? Sizi Adrian Mutu və digər öncəki məşqçilərin taleyi qorxutmur?

- Sabah nə baş verəcək, onu bilmirəm.

- Oyunun sonunda “Neftçi” azarkeşləri rəqibi alqışladı, bu sizə necə təsir göstərdi?

- Mənə təsir etmir, onlar istədiyini edə bilərlər. İşimi peşəkarcasına görürəm. Əlimizdən gələni edəcəyik. Amma mən bu dediyiniz kimi kreslodan yapışası deyiləm. Bunu rəhbərlik də bilir. O ki qaldı uğurlu olub-olmamayacağıma, bunu demək üçün tezdir. Qarşıda bizi “Kəpəz” və “Səbail” oyunları gözləyir. Çalışacağıq ki, qazanaq.(qafqazinfo)