Baydenin onu öpməsi müzakirə edildi - VİDEO

3
Mar
2024
18:21

ABŞ Prezidenti Co Baydenin işgüzar görüşdən sonra İtaliyanın Baş naziri Giorgia Meloni ilə sağollaşması müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, həmin video sosial şəbəkələrdə yayımlanıb.

Görüntülərdə ABŞ liderinin əl sıxmazdan əvvəl İtaliyanın Baş nazirini başından öpməsi əks olunub. İzləyicilərin şərhlərinə görə, Meloninin sakit və mehriban reaksiyası bu hərəkətin onu narahat etmədiyini bildirib.

Sosial şəbəkə istifadəçiləri gördüklərini yeni diplomatik tendensiya adlandırıblar.

Qeyd edək ki, Bayden və Meloninin görüşü martin 1-i ABŞ-də baş tutub.